Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov noyabrın 14-dən 17-dək Ukraynada səfərdə olacaq. MŞ-nin sədri Ə.Amaşov SİA-ya açıqlamasında bildirib ki, səfər çərçivəsində Kiyevdə keçiriləcək MDB məkanında medianın özünü tənzimləməsinə həsr olunan beynəlxalq konfransda iştirak edəcək.
Şura sədri Avropa Şurası tərəfindən təşkil olunacaq tədbirdə Azərbaycan MŞ-nin mövcud fəaliyyəti və tarixinə dair çıxışlar edəcəyini söyləyib: "Azərbaycanın MŞ MDB məkanından yaranmış ilk qurumdur. Mən MŞ-nin keçdiyi fəaliyyət yolu və təcrübəsi barədə danışacam. Artıq Azərbaycan MŞ-nin kifayət qədər nüfuzu var".
Həsən Həsənov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB