Ermənilərə Amerikada (ABŞ) baş verən proseslərin elə də böyük əhəmiyyəti yoxdur. Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obamanın prezident seçkiklərində iştirak etməyəcəyini erməni diasporasının nümayəndələri öncədən bəyan ediblər: "Onlar həmçinin Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romniyə də dəstək olmayacaqlarını açıq-aşkar bildirmişdilər. Əslində bu ABŞ rəhbərliyinin nəticə çıxaracağı məsələdir. Bu məsələ birdaha sübuta yetirir ki, ermənilər yaşadıqları ölkənin vətəndaşları deyillər. Onlar sadəcə özlərini Ermənistanın bir təəssübkeşi kimi aparırlar və öz maraqlarını ifadə etməyə çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB