Türk jurnalistlər Tovuzda

Türk Dünyası yazar, jurnalist və siyasi icmalşıları Tovuz rayonunda Ermənistanla ön cəbhədə Əiibəyli, Hacalı və Ağdam kəndlərində olublar

"Gəldik, gördük, yazdıq" adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan Türk dövlətlərindən və toplumlarından gəlmiş 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçısı millət vəkili, Avrasiya Benyəlxalq Araşdırmalar İnstutu İB-nin sədri Qənirə Paşayevanın və Dünya Gənc Türk Yazarlar Birliyinin Başqanı Əkbər Qoşalının müşayiəti ilə ilk öncə Ermənistanla ön cəbhədə yerləşən Tovuzun Əlibəyli və Hacalı kəndinə baş çəkiblər. SİA-nın verdiyi məlumata görə, burada qonaqlar Ermənistan tərəfindən iri çaplı silahlarla vurulmuş məktəblə, evlərlə tanış olublar, ermənilərin snayperlərlə hədəfə alaraq yaralıdıqları kənd sakinləri ilə görüşüblər, kənd sakinləri ilə söhbət aparıblar.

Millət vəkili Qənirə Paşayeva və kənd sakinləri Ermənistan Silahlı Qüvvələrinin mütəmadi şəkildə atəşkəsi pozaraq sivil insanları xüsusilə qadınları, uşaqları, yaşlıları, öz həyətində, əkin sahəsində işləyən insanları snayperlərlə hədəfə alması kimi vardalizm aktları barədə məlumatlar veriblər və qonaqlar snayperlərin hədəfinə məruz qaln kənd sakinləri ilə söhbət ediblər. Kənd sakinləri bildiriblər ki, xüsusilə bayram günlərində Ermənistan atəşkəsi pozaraq sivil insanların bayramını pozmaq, öz əkin sahələrində, həyətlərində işləyən insanları snayperlərlə hədəfə alaraq onlara əziyyət etmələrində, kəndə gələn suyu buraxmamaqda Əlibəyli kənd sakinlərinin bezərək buradan çıxıb getməsini istəyirlər ki, buna heç zaman nail ola bilməyəcəklər. Nəinki çıxıb getmək, kənd sakinləri yeni evlər tikərək düşmənə arzularının gözlərində qalacağı mesajını verirlər. Bizim millətin mədəniyyətində sadə insanları öldürmək, onlara əziyyət vermə yoxdur, amma təəssüf ki, biz erməni tərəfinin körpə uşaqlara, qadınlara, yaşlı insanlara qarşı həyata keçirdikləri bu cür vandalizm aktlarına dünyanın laqeyid münasibətindən ciddi narahatlıq keçiririk. Daha sonra qonaqlar ermənilərin içərisinə partladıcı yerləşdirərək kəndə gələn kiçik çaya atdıqları oyuncağın partlaması nəticəsində həlak olmuş 13 yaşlı Aygün Şahmalıyevanın qəbrini də ziyarət ediblər.

Sonra Tovuz rayonunun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndinə səfər emiş qonaqlar kəndlə tanış olublar və kənd sakinləri ilə görüşüblər. Millət vəkili Qənirə Paşayeva və kənd sakinləri ermənilərin mütəmadi şəkildə atəşkəsi pozduqlarını, kənd qəbiristanlığını atəşə tutmaları nəticəsində qəbiristanlıqda uyuyan doğmalarının məzarlarını ziyarət edə bilməmələri, Ermənistan Silahlı Qüvvələrinin müxtəlif silahlarla xüsusilə yay aylrında kənd qəbirstanlığını yandırmaları, qəbirstanlıq ərazisində yerləşən tarixi-mədəni abidələri dağıtmaları, sərhədə yaxın yerləşən su gölündən istifadə etmək istəyən insanları snayperlərlə hədəfə almaları, xüsusilə əkin biçin mövsümlərində kəndə gələn suyu dayandırmaları kimi vandalizm aktları barədə geniş məlumatlar veriblər. Qonaqlar kənd sakinləri ilə ətraflı fikir mübadiləsi aparıblar.

Kənd sakinləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva qeyd etdi ki, "Gəldik, gördük, yazdıq" adlı layihə çərçivəsində Azərbaycana səfərə gəlmiş gənc yazarlar Azərbaycanın müasir durumu, eləcə də Dağlıq Qarabağ problemi ilə ətraflı tanış olacaq, cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımızın həyatıyla daha yaxından tanış olub bu münqaişənin əsl səbəbi və həqiqətləri barədə yazılar yazacaqlar.

"Əminəm ki, siz hər şeydən əvvəl gördüklərinizi, həqiqətləri yazacaq, vətəninizə qayıdandan sonra öz xalqınıza, bölgənizə və dünya ictimaiyyətinə yazılarınızla Dağlıq Qarabağ münaqişəsi barədə daha ətraflı və obyektiv məlumat verəcəksiniz," - deyə millət vəkili Qənirə Paşayeva bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə