Bakıda növbəti biznes forum keçiriləcək

Bakıda növbəti biznes forum keçiriləcək

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə noyabrın 14-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) biznes forumu keçiriləcək. AZPROMO-dan SİA-ya verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı və qida sənayesi, neft sənayesi, tikinti, təhsil, aviasiya, yük daşınmaları, turizm, ticarət, metallurgiya, tullantıların idarə edilməsi, tekstil istehsalı, tibbi ləvazimatların təchiz atı, bioyanacaq istehsalı və digər sektorları təmsil edən BƏƏ sahibkarları iştirak edəcəklər. Biznes forumda iştirak etmək istəyən iş adamları AZPROMO-ya müraciət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə