Ölkəmizə qarşı tələb səsləri eşidilir

Ölkəmizə qarşı tələb səsləri eşidilir

Gürcüstanda baş verən dəyişikliklər fonunda Azərbaycanda vəziyyət dözülməz həddə çatıb. Gürcüstandakı bəzi dairələrin vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində işlər artıq dalana dirənib. SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, artıq adı çəkilən dövlətdən ölkəmizə qarşı tələb səsləri eşidilməkdədir: "Əgər bu gün həmin dövlətin Azərbaycan qarşı qeyri-leqal hərəkətləri özünü büruzə vermirsə bu yaxın gələcəkdə mütləq şəkildə özünü göstərəcək. Birbaşa olaraq Gürcüstandakı azərbaycanlılara qarşı atılan hər bir addım rəsmi Bakı üçün təhdid xarakteri daşıyır. Azərbaycan buna ciddi reaksiya verməlidir. Oradakı azərbaycanlıların təşkilatlanmasına yardım etməlidir. Əks halda yerli əhali özünü müdafiə etmək məcburiyyətində qalacaq. O zaman Azərbaycan neytral qala bilməyəcək və onları dəstəkləyəcək. Rəsmi Tiflis bu əməllərinə görə cavab verməsə, yerli əhali daha sərt addımlar atacaq. Rəsmi Bakı da bu məsələdə onları dəstəkləməlidir".

M.Əhmədoğlu bildirib ki, Azərbaycan hər zaman Gürcüstana arxa və dəstək olub: "Hətta Rusiya ilə müharibə zamanı da Gürcüstanı tək buraxmayıb. Eduard Şevardnazde, Mixael Saakaşvili dövründə Azərbaycana qarşı laqeyd mövqe var idisə, indi artıq bu mövqe neqativ xarakter alıb. Hazırda Gürcüstan ərazi bütövlüyü prinisipinə ikili standartlardan yanaşır. Gürcüstan baş naziri Bidzina İvanişvilinin tərəfdarları parlament seçkilərində qalib gələndən sonra Gürcüstanın mövqeyi daha neqativ olub. Artıq Gürcüstan tərəfdən Azərbaycana qarşı tələblər və onun daxili işlərinə qarşılması barədə ittihamlar səslənir. İvanişvilinin dəstəsi Azərbaycanla mübarizə aparır. İvanişvilinin komandasında Azərbaycana müsbət mövqedən yanaşan adam yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə