QDİƏT-in baş katibi Bakıya gəlir

QDİƏT-in baş katibi Bakıya gəlir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tsvirk Azərbaycanda səfərdə olacaq. QDİƏT katibliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 25-27-də baş katib Azərbaycan prezidenti, baş nazir və xarici işlər naziri ilə görüşəcək. Görüşlərdə QDİƏT-lə Azərbaycan arasında münasibətlərin inkişaf perspektivləri, QDİƏT regionunda mövcud durum, təşkilatın gələcək planları müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə