"Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olmuşam"

"Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olmuşam"

"Mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün artıq Azərbaycanda hər bir şərait vardır. Bütün bunlar YAP-ın 20 ildə keçdiyi yolun əsas fəaliyyətidir". Bunu SİA-ya Millət vəkili, YAP-ın idarə heyətinin üzvü Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, əgər hakim partiya yaranmasaydı və həmin bu partiyadan olan insanlar bölgələrimizdə dəstəkdən məhrum olsa idilər bütün bunların heç biri baş verməzdi: "1991-ci ilin noyabrın 21-i soyuq və şaxtalı bir gün idi. Biz həmin dövrdə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasını (YAP) yaratdıq. O vaxt YAP-da 550 nəfər təmsil olunurdu. Onlardan 55 nəfəri Azərbaycandan gələnlər idi. Bizim hakim partiyanı yaratmaqda əsas məqsədimiz ondan ibarət idi ki, Azərbaycanın bu günü üçün əmin-amanlıq, firavanlıq, sabitlik bərqərar olunsun. Təbii ki, Ulu Öndər Heydər Əliyevin razılığı ilə bu partiya yaradıldı. İqtidar partiyası olaraq YAP-ın Azərbaycanda gördüyü işlər göz qabağındadır. Partiyanın sədri, cənab Prezident İlham Əliyev tərəfindən Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq bölgələrdə və paytaxt Bakıda görülən işlər buna bariz nümunədir. Heç də təsadüfü deyildir ki, məhz bunların nəticəsində bu gün ölkəmiz beynəlxalq aləmdə tanınan dövlətlər sırasındadır".

E.İbrahimov deyib ki, 20 ildə YAP-ın keçdiyi yol çox böyük yol olub: "Mən özüm şəxsən Naxçıvanda Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olmuşam. YAP artıq dünyada tanınan bir partiyadır. Bu partiya dünyanın ən böyük ölkələrinin Çin Kommunist Partiyasından (ÇKP) tutmuş, Rusiyanın Yedinaya Rossiya, Ukraynanın Regionlar Partiyası, Türkiyənin AK Partiyası və s. əlaqələrimiz vardır. Bütün bunlar da məhz dövlət başçısı İlham Əliyevin yeritdiyi uğurlu siyasətin nəticəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə