“Azərbaycanın inzibati xətalar məcəlləsində bir uyğunsuzluq var”
"Qanun cəmiyyətin inkişaf səviyyəsinə uyğun olmalıdır. Əks təqdirdə ictimai münasibətləri tənzimləyə bilməyəcək". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rəfael Cəbrayılov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın inzibati xətalar məcəlləsinin 126-cı maddəsində it və pişik saxlama qaydalarının pozulmasına görə, 20 manat cərimə nəzərdə tutulub. İnzibati xətalar məcəlləsində qanunsuz mitinqləri təşkil etmək, təşkilatçı barəsində isə 7 -13 manat cərimə və ya xəbərdarlıq nəzərdə tutulub: "Məsələn, bir çox MDB ölkələrində il ərzində iki dəfə qanunsuz mitinq keçirərlərsə artıq bunlar cinayət məsuliyyətinə cəlb olunur. Bu maddə qanunsuz mitinqlərin yalnız təşkilatçısını məsuliyyətə cəlb edir. İştirakçıların isə məsuliyyətə cəlb olunmasından söhbət belə getmir. Avropa ölkələrinin böyük əksəriyyətində, məsələn, Fransa, Almaniya, İngiltərə, İtaliyada iştirakçılar da məsuliyyətə cəlb olunur. İtaliyada polis 3 dəfə dağılmaq əmrini verir. Fransada isə bu 2 dəfədir. Məhəl qoyulmursa bir qayda olaraq mitinqin fəal iştirakçıları saxlanılır. Fransada cərimələr 15 min avroya çatır".
Cərimə qiymətlərinin artırılması haqqında danışan R.Cəbrayılov təklif edib ki, cərimələr 5000 AZN-dən 8000 AZN-ədək qaldırılsın: "Hal-hazırda isə bu rəqəm 300 manatdır. Mən demək isdəyirəm ki, bu tədbir əməlin icimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Bəziləri deyir ki, bizdə minumum əməkhaqqı azdır. Düzdür, onlar haqlıdırlar, bizdəki əməkhaqqı sadaladığım ölkələr qədər deyil. Ancaq cərimə vergi deyil ki, bu, şəxsin gəlirləri ilə bağlı olsun. Bu, hüququn elementar bir qaydasıdır. Ümumən cəzanın iki məqsədi var. Birincisi şəxsi qanunlara əməl etmək ruhunda tərbiyələndirmək, ikincisi isə onu yeni qanun pozuntusundan çəkindirmək. 7 manat insanı nə tərbiyələndirə,nə də ki çəkindirə bilər. Mən təklif elədim ki, təşkilatçılarla yanaşı iştirakçıları da cəzaladırmaq nəzərdə tutulsun".
Azərbaycanın inzibati xətalar məcəlləsində bir uyğunsuzluq olduğunu söyləyən millət vəkili 7 inzibati tədbirdən 3-nün əsas olduğunu deyib: xəbərdarlıq,cərimə və həbs: "Qalan tədbirlər isə hər kəsə tətbiq olunmur. Məsələn, sürücülük hüququndan məhrum etmə və s. Xəbərdarlıq isə yüngül olduğu üçün həmişə tətbiq olunmur. Mən bildirdim ki, məhkəmələr inzibati işlərə baxarkən sadə dillemma qarşısında qalırlar. Demək olar ki, ya pul ver, ya da 15 günə qədər həbsə gir. Mən cinayət məcəlləsində ictimai işlər deyilən cəza növünü təklif etdim ki, bu cəza növü çox da radikal deyil. Bunu inzibati xətalar törədən şəxsə də tətbiq eləmək olar. İctimai işlər cinayət məcəlləsində 47-ci maddədə əks olunur. Deməli şəxs öz işindən və asudə vaxtında cəmiyyətin xeyrinə haqqı ödənilməyən iş görməlidir. Bu işdə gün ərzində 4 saatdan artıq ola bilməz. Yəni mən 298-ci maddəyə əlavə olaraq ictimai işlər cəzasını da əlavə etməyi təklif etdim ki, məhkəmələr sadə dilemma qarşısında qalmasınalar. Bəzən müxalifətdən olan yoldaşlarımız cərimələrin artırılmasımdan şikayətlənirlər. Burda cərimə yeganə cəza növü deyil. Qanunsuz mitinqin iştirakçıları üçün 300 manatdan 600 manatadək cərimə mövcuddur. Hansı ki, əvvəl mən bunu 1000 manatdan 1500 manatadək qaldırılmasını təklif etmişdim. Ya da 160 saatdan 200 saatadək icimai iş və ya 15 günə qədər həbs.
"Məhkəmə cəza təyin edərkən şəxsin əmlak vəziyyətini nəzərə almalıdırmı" sualını isə o belə cavablandırıb: "Cinayət məcəlləsinin 44.2 maddəsində deyilir ki, məhkəmə cəza təyin edərkən şəxsin əmlak vəziyyətini nəzərə almalıdır. Yəni şəxsin cəriməni ödəmək imkanı yoxdursa məhkəmə bunu tətbiq etməməlidir. Mitinq iştirakçıları bu cəzanı ödəyə bilmirlərsə onlara ictimai işlər kəsilməlidir və ya 15 günə qədər həbs tətbiq olunmalıdır. Bir məsələni də qeyd edim ki, 15 günə qədər həbs maksimumdur. Ancaq Avropa ölkələrinin heç birində 15 günə qədər həbs yoxdur. Onlarda bu vaxt 1 aydan yuxarıdır. Bu, ölkənin hüquq sistemi ilə bağlı olan bir məsələdir. Bəzi ölkələrdə cərimə artıqdır, bəzilərində isə həbslər yüksəkdir. Amerikada hər ştatın öz cərimələri var. Yəni mən demək istəyirəm ki, alternativ cəzalar var və məhkəmələr bunları seçə bilər.İnzibati xətalarda nəzərdə tutduğumuz qərarlar cinayətə o zaman çevrilir ki,qanunsuz mitinq vətəndaşların hüquqlarını və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarsın".
Bundan başqa iştirakçıların üzərində odlu silah, soyuq silah,partlayıcı maddə və digər qurğu olarsa 3 ilədək həbs və ya 100 manatdan 500 manatdək cərimə tətbiq olunmalı olduğunu söyləyən Rəfael Cəbrayılov bunun başqa alternativi ola bilmədiyini də vurğulayıb. Millət vəkili təklif edib ki, bu zaman 5000 manatdan 8000 manatdək cərimə və ya 3 il həbs və islah işləri tətbiq olunsun: "İslah işləri yalnız cinayət məcəlləsindədir. Ümumən alternativ cəzalar bir-birinə uyğun olmalıdır. Hüquqda klassik bir qayda var. Cəzalar həmin əməlin özünə uyğun olmalıdır. Uyğunluğun da kriteriyası birdir: ictimai təhlükəlilik dərəcəsi".
Həmçinin o qeyd edib : "İnzibati xətalar məcəlləsində 94.4 maddə var. Meşədə özbaşına giləmeyvə və yabanı bitkiləri toplama hüquqi şəxslər üçün 6000 AZN-dən 10000 AZN-ə qədərdir. Fiziki şəxslər üçün isə 2000 manta qədərdir. Özünüz fikirləşin hansı daha təhlükəlidir?"
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB