PA rəsmisi: "Kimin prezident seçilməsindən asılı olmayaraq..."

PA rəsmisi: "Kimin prezident seçilməsindən asılı olmayaraq..."

"ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycan bu ölkə ilə əməkdaşlığı davam etdirəcək" . SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanla ABŞ arasında sıx əlaqələr mövcuddur və iki ölkə bir çox sahələrdə əməkdaşlıq edir: "Xüsusən sülhyaratma prosesləri çərçivəsində qaynar nöqtələrdə birgə iştirak edirik, beynəlxalq terrorçuluqla mübarizə, enerji sahəsində transmilli layihələr həyata keçiririk. Avropanın enerji təminatı, demokratiya, söz azadlığı və digər sahələrdə əməkdaşlıq edirik. Kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında əməkdaşlıq davam etdiriləcək. Bizim üçün əsas olan ABŞ prezidentinin Dağlıq Qarabağ məsələsinə bir qədər də ciddi yanaşması, mövcud status-kvonun aradan qaldırılması istiqamətində addımlar atması, ciddi iradə nümayiş etdirərək Ermənistanı sülh prosesinə məcbur etməsidir".

Elgün Aslanov

Bütün xəbərlər Facebook səhifəmizdə