Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının həmsədri xanım Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı bu münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin rolunu diqqətə çatdırıb. Prezident İlham Əliyev əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin önəmini vurğulayıb.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini xanım Svetlana Orlova Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib. Azərbaycana sonuncu səfərindən ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu deyən Svetlana Orlova bu inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB