Bu gün Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, RİH-nın başçısı Süleyman Mikayılov, millət vəkili Fəttah Heydərov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov iştirak ediblər.
Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə tər çiçəklər qoyub və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Daha sonra tədbir Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirilib.
Mərasimi giriş nitqi ilə icra hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq YAP-ın yaranma tarixi haqqında məlumat verib. Bildirilib ki, müstəqil dövlətimizin möhkəmləndirilməsində YAP fəallarının özünəməxsus rolu var: "YAP nəinki bölgənin, eyni zamanda, dünyanın ən mütərəqqi, tanınmış siyasi partiyasıdır. Bu gün YAP bir çox ölkələrin nüfuzlu partiyaları ilə sıx əməkdaşlıq edir. Əldə edilən uğurlar YAP-ın nüfuzunu daha da artırır. Ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edib: "Ümummilli liderin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın əsasını qoyub".
Hazırda Azərbaycanın dünyada bənzəri olmayan sürətlə inkişaf etdiyini vurğulayan Süleyman Mikayılov əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov çıxış edərək bu gün münasibətilə hər kəsi təbrik edib. Qeyd olunub ki, bu, YAP-ın həyatında əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda Azərbaycan cəmiyyətinin siyasi həyatında ən əhəmiyyətli hadisələrdəndir: "YAP-ın yaranması Azərbaycanda yeni həyatın başlanğıcının sanki bir müjdə xəbər verəni oldu. Müstəqil Azərbaycanın yeni tarixinin əhəmiyyətli mərhələsi təbii ki, YAP-ın yaranmasından sonra başlayır. Tam qətiyyətlə deyə bilərəm ki, YAP yarandığı gündən qarşısına qoyduğu vəzifələri tamamilə yerinə yetirə bilib. Xüsusi olaraq onu da vurğulamaq istərdim ki, Azərbaycan xalqının bəslədiyi bütün ümidləri həm partiyamız, həm də onun rəhbəri Heydər Əliyev tamamilə doğrultdu. YAP yarandığı gündən 6 ay sonra hakim partiyaya çevrildi. Hökm sürən anarxiya, hərc-mərclik, özbaşnalıq, qeyri-sabitlik tədricən aradan qaldırıldı. Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli qərarları sayəsində sabit, güclü bir məmləkə çevrildi. Ən əsası, insanlar gələcəyə ümidlə baxmağa başladı".
Millət vəkili Fəttah Heydərov isə deyib ki, Azərbaycanın bugünkü həyatı, önümüzdə olan gələcəyi yalnız Ulu Öndərin ideyalarına bağlıdır: "Dahi lider bütün mənalı həyatını öz doğma Azərbaycanına həsr edib. Heydər Əliyev nadir şəxsiyyətlərdən biridir ki, yalnız bir amal uğrunda - doğma Azərbaycan uğrunda, bu torpağın müstəqilliyi və əbədiliyi uğrunda bütün həyatını sərf edib. Bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Bu fikir mənim Heydər Əliyevin fəaliyyətinə bələd olduğum ilk illərdən bu yana gəldiyim ən yüksək nəticədir. Əgər o vaxtında Naxçıvana gəlməsə idi, o zaman bu bölgə də hazırda Qarabağın aqibətini yaşayacaqdı. Ulu öndərin hakimiyyətə gəlişi Azərbaycanın çiçəklənməsinə imkan yaratdı".
Sonra isə YAP Qaradağ rayon Gənclər Birliyinin sədr müavini Tünzalə Muradova bildirib ki, gənclər də rayonun həyatında böyük önəm kəsb edirlər. Bu bir faktdır ki, hazırda YAP-nın aparıcı qüvvəsi gənclərdir. Bu onunla bağlıdır ki, YAP-ın bütün şəhər və rayon təşkilatlarında gənclərin enerjisindən daha çox istifadə olunur. Çünki, gənclər daha enerjili, həmçinin, kreativ və təşəbbüskardır. Elə YAP Qaradağ rayon təşkilatının işində də gənclərin böyük rolu var. Daha doğrusunu desək, gənclər bu təşkilatın "vuran əlidir".
Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən danışan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. YAP-ın nailiyyətlərindən danışan natiq son illərdə beynəlxalq aləmdə partiyanın nüfuzunun artdığını, eləcə də öz sıralarını sürətlə genişləndirdiyini vurğulayıb.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri, YAP-ın yaranmasının 20 illiyi münasibəti ilə bir qrup YAP Qaradağ rayon təşkilatı fəalına isə xatirə hədiyyəsi və fərmanlar təqdim olunub.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB