Nazirlərin Tehranda sammiti keçiriləcək

Nazirlərin Tehranda sammiti keçiriləcək

İranın paytaxtı Tehran şəhərində noyabrın 11-13-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin rabitə və informasiya texnologiyaları nazirlərinin 14-cü sammiti keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Sammitə İƏT-ə üzv ölkələrin rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən nüfuzlu özəl şirkətlərinin də nümayəndələri qatılacaq. Bundan başqa, Rusiya, Liviya, Qətər və İraqdan da nümayəndə heyətləri tədbirdə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə