"Türk ordusu çətin günlərdə Azərbaycanın yanında olub"

"Türk ordusu çətin günlərdə Azərbaycanın yanında olub"

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 89-cu ildönümü münasibəti ilə Bakıdakı Türk Şəhidliyində mərasim keçirilib. SİA-nın məlumatına görə, mərasim Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Şəhidliyə Türkiyə səfirliyi və Azərbaycanda fəaliyyət göstərən türk şirkətləri, ictimai qurumlar adından əklillər qoyulub.

Səfir İsmayıl Alper Coşqun: "Bu gün Türkiyə Cümhuriyyətinin 89-cu ildönümüdür. Bununla əlaqədar ölkədə keçirilən tədbirlər mütəmadi hal alıb. Hər il olduğu kimi, bu il də Bakıda Türkiyə Cümhuriyyətinin 89-cu ildönümü qeyd edilir. Azərbaycanın ərazi bütövlüyü uğrunda həmçinin Anadolu döyüşlərində canlarını fəda edən türk şəhidlərinin xatirəsini burada yad edirik. Bu ildönümü tək Türkiyə və Azərbaycanda deyil, bütün türk dünyasının önəmli günlərindən biridir. Türkiyə və Azərbaycan əlaqələri yüksələn xəttlə inkişaf edir. Bizim bundan sonrakı əsas vəzifəmiz dahi şəxsiyyət Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin səyi nəticəsində mövcud olan qardaşlıq münasibətlərinə yardımçı olmaqdır".

Diplomat qeyd edib ki, Türk ordusu ən çətin günlərində Azərbaycandakı qardaşlarının yanında olub. Daha sonra səfir və digər şəxslər Şəhidlər xiyabanını ziyarət ediblər.

Diplomat qeyd edib ki, Türk ordusu ən çətin günlərində Azərbaycandakı qardaşlarının yanında olub. Daha sonra səfir və digər şəxslər Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə