Həmsədrlər ənənəvi bəyanat yaydılar

Həmsədrlər ənənəvi bəyanat yaydılar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirilən görüşlə bağlı rəsmi bəyanat yayıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik edənlərin bəyanatında deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə həmsədrlər tərəflər arasında gərginliyin azaldılmasının əhəmiyyətini vurğulayıb, sülh prosesinin irəliləməsi üçün işçi təklif şəklində ideyalarını təqdim edib. Nazirlər isə öz növbəsində münaqişənin nizamlanmasına nail olmaq üçün həmsdərlərlə işi davam etdirmək istəyini təkrarlayıb.

Görüşün yekununda qərara alınıb ki, həmsdərlər adətlərinə uyğun olaraq noyabr ayında yenidən regiona səfər etsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə