"İP-nın hərəkətlərinə istehza ilə yanaşıram"

"İP-nın hərəkətlərinə istehza ilə yanaşıram"

"Mən müxalifətin bütün hərəkətlərinə istehza ilə yanaşıram". Onların Azərbaycan Respublikası Konstitusiyasından xəbərləri yoxdur. Bunu SİA-ya Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli söyləyib.

Komitə sədrinin sözlərinə görə, Milli Məclisi yalnız və yalnız prezident İlham Əliyev buraxa bilər: "Yeni Azərbaycan Partiyası (YAP) yeganə partiyadır ki, özü-özünü təmin edə bilir. Bizdə hər hansı bir neqativ hal aşkarlanarsa, həmin insan mütləq şəkildə öz cəzasını alır və partiya sıralarından çıxarılır. Mən hələ də bir şeyi başa düşə bilmirəm ki, partiya tam olaraq necə ideal ola bilər axı? Hər yerdə neqativ hallar aşkarlanır. Partiyanın heç bir üzvü ideal insan ola bilməz. Yeri gələndə, YAP hökuməti tənqid edir, öz sözünü deyir. Amma bütün bunlar da tam konstruktiv şəkildə həyata keçirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə