Rusiya Suriyanı niyə dəstəkləyir? MÖVQE

Rusiya Suriyanı niyə dəstəkləyir? MÖVQE

"Son illərdə Rusiya Türkiyə münasibətlərində əməkdaşlığa üstünlük verildiyi müşahidə edilir. Ancaq Suriya məsələsində mövqelər konkret olaraq fərqlənir". Bunu SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov deyib. Onun fikrincə, söhbət təkcə ondan getmir ki, Qərb nəyisə istəyir və Türkiyə Rusiyaya qarşı Qərb tərəfindən çıxış edir.

"Söhbət ondan gedir ki, ərəb dünyası Suriyada olan olayların qatı əleyhinə çıxır. Türkiyə prinsipial olaraq bu məsələdə mövqeyini heç də Amerikanın xoşuna gəlmək üçün deyil, ədalət naminə tutur və Ərəb dünyasının mövqeyinə dəstək verir. Rusiya bunu anlamaq istəmirsə və bu məsələyə təkcə özünün Amerika ilə rəqabəti kimi baxırsa, onların öz işləridir. Bu məsələdə Türkiyənin prinsipial mövqeyi var, amma, Azərbaycanın da bu məsələdə mövqeyi Türkiyəyə yaxındır. Düşünmürəm ki, son baş verən hadisələrdən sonra Rusiya Türkiyə münasibətləri tam gərginləşsin. Fikrimcə, Rusiya daha çox təbliğat və eyni zamanda, məlumatların necə çatdırılması ilə məşğuldur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə