"Dağlıq Qarabağ məsələsində ABŞ-ın Azərbaycana daha fəal şəkildə dəstək verməsini istəyirik". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib.
Onun sözlərinə görə, son zamanlar ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətində passivlik hiss olunur: "Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daha fəal olmasını, işğalçını öz adı ilə çağırmasını, Azərbaycan torpaqlarının yaxın zamanlarda erməni işğalından azad edilməsinə nail olmasını istəyirik".
E.Aslanov həmçinin bildirib ki, Azərbaycanda demokratik islahatlar şəffaf şəkildə aparılır: "Azərbaycan demokratik, eyni zamanda gənc ölkədir. 20 il ərzində insan haqları, media, sərbəst toplaşma azadlığı, seçkilərin azad və şəffaf keçirilməsi sahəsində əldə etdiyimiz uğurlar nəzərə çarpandır. Biz bu yoldan dönən deyilik. Azərbaycan demokratik ölkədir və hər seçkilərdə daha böyük irəliləyişə nail olacaq, uğurlar əldə edəcəyik".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB