Kəmaləddin Heydərov yeni səfirlə görüşdü

Kəmaləddin Heydərov yeni səfirlə görüşdü

Azərbaycan Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Paskal Mönye ilə görüşüb. FHN-dan SİA-ya verilən məlumata görə, görüşdə nazir Azərbaycan və Fransanın fövqəladə halların idarə edilməsi üzrə məsul dövlət qurumları arasındakı əlaqələrdən danışıb. O, iki ölkənin müvafiq qurumları arasında imzalanmış sazişlərdən irəli gələn məsələlərin həllindən söhbət açaraq nazirliyin maddi-texniki imkanlarının artırılmasında Fransa şirkətlərinin istehsal etdikləri avadanlığın mühüm rol oynadığını bildirib.

Nazir həmçinin mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib, səfirin diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Diplomat Fransanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə