2 milyon manat azdır!

"Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2013-cü il üzrə dövlət büdcəsində nəzərdə tutulan vəsait mütərəqqi hadisədir". Bunu SİA-ya Millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, partiyalara dövlətin dəstək verməsi müsbət hadisə kimi dəyərləndirilməlidir: "Bu məsələdə narazı qaldığımız məqam ondan ibarətdir ki, siyasi partiyaları başqa qurumlardan aşağı tutmaq olmaz. Hesab edirəm ki, ən azı QHT- lərə ayrılan vəsait qədər partiyalara da vəsait ayrılması vacibdir".

F.Mustafa hesab edir ki, siyasi partiyalara ayrılan 2 milyon manat yetərli olmayacaq: "Çünki bu ayrılan vəsaitin bir qismi sosial, əmək haqqı və başqa fondlara, vergiyə ödəniləcək. Bu, heç partiyanın bir üzvünü parlament seçkiləri zamanı maliyyələşdirməyə kifayət edən vəsait deyil. Məhz belə olan təqdirdə düşünürəm ki, məsələyə yenidən baxmaq doğru olardı. Burada daha fərqli bir yol izləmək lazım idi. Ən azı QHT-lərə ayrılan vəsait qədər partiyalara da vəsait ayrılmalı idi".

Bütün xəbərlər Facebook səhifəmizdə