Şeyxülislam “Vətən övladı” qızıl medalına layiq görülüb

Şeyxülislam “Vətən övladı” qızıl medalına layiq görülüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə "Dədə Qorqud" Milli Xeyriyyəçilik Fondunun prezidenti Eldar İsmayılov ilə görüşüb. QMİ-nin mətbuat xidmətindən SIA-ya verilən məlumata görə, Eldar İsmayılov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin İslam dininin təbliğindəki xidmətlərini, regionda və bütün dünyada sülhün qorunması yolunda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib.

E.İsmayılov bildirib ki, "Dədə Qorqud" Milli Xeyriyyəçilik Fondu milli özünüdərkin təbliğində fərqlənən, Vətənə, xalqa müstəsna xidmətləri ilə seçilən şəxsləri "Vətən övladı" qızıl medalı ilə təltif edir. Fondun İdarə heyətinin qərarı ilə Şeyxülislam Allahşükür Paşazadə bu il həmin mükafata layiq görülüb. Fondun rəhbəri "Vətən övladı" qızıl medalını Şeyxülislam həzrətlərinə təqdim edib.

Allahşükür Paşazadə mükafata görə təşəkkürünü bildirib, fonda gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə