Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviç oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini hava limanında Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinə və xanımı Sebiya İzetbekoviçə gül dəstəsi təqdim edili.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB