"BP ilə bağlı məsələni siyasiləşdirmək olmaz"

Milli Məclisin spikeri: "BP öz öhdəliklərini yerinə yetirəcək, çünki son xəbərdarlığını aldı"
"BP ilə bağlı məsələni siyasiləşdirmək olmaz"

"BP ilə bağlı məsələni siyasiləşdirmək olmaz". SİA-nın xəbərinə görə, bunu parlamentin sədri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

O, qeyd edib ki, BP-yə qarşı iradları siyasiləşdirmək istəyirlər: "Bu işin məğzindən xəbəri olmayanlar savadsız yazılar yazırlar. Cənab prezident neft hasilatının əlifbasını söylədi. Elementar bir məsələdir ki, proqnozlar yerinə yetirilməlidir. Amma 3 ildir ki, proqnozlar, öhdəliklər yerinə yetirilməyib. Bundan şou, siyasi məsələ yaratmaq heç bir vətəndaşa şərəf gətirmir. Azərbaycanda neft hasilatı ilə bağlı BP öz öhdəliklərini yerinə yetirəcək, çünki son xəbərdarlığını aldı".

Qeyd edək ki, bu məsələ ilə bağlı deputatlar Zahid Oruc, Sahib Alıyev də münasibət açıqlayaraq, BP ilə bağlı tənqidi fikirlər səsləndiriblər.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə