Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı pariyanın yaranmasının 20 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirməkdədir. Keçirilən bütün tədbirlərin əsas qayəsi isə ondan ibarətdir ki, YAP-ın yaranması, inkişafı və fəaliyyəti haqqında daha geniş təbliğat və maarifləndirmə işi aparmaq, partiyanın Nizamnaməsindən və proqramından irəli gələn vəzifələrin effektiv şəkildə reallaşdırılmasını ictimaiyyətin diqqətinə çatdırmaq və partiyanın Sədri, Prezident İlham Əliyevin yürütdüyü siyasətin nailiyyətlərini cəmiyyət üzvlərinin diqqətinə əyani şəkildə çatdırmaq təşkil edir.
Son dövrlər ərzində daha çox istifadə olunan təbliğat metodundan – flaşmob aksiyasından istifadə etmək qərarını vermiş YAP Nizami rayon təşkilatı partiyanın yubileyi münasibətilə möhtəşəm tədbir keçirib. Təşkilatın gəncləri bir müddət öncə partiyanın Sədri, Prezident İlham Əliyevin yenidənqurmadan sonra açılışını etdiyi Heydər Əliyev Parkında YAP-ın yubileyini xüsusi şəkildə qeyd ediblər.
Gənclər parkda istirahət edən insanlarla səmimi ünsiyyət quraraq, onlara YAP-ın yaranması tarixi ilə bağlı qısa məlumat veriblər, həmçinin, uşaqlara üzərində partiyamızın loqosu olan şarlar paylanıb.
Pakrdakı insanlar da öz növbəsində partiyamızı 20 illik yubileyi münasibətilə təbrik ediblər, YAP-a uğurlar arzulayıblar. Hətta, insanların bəziləri bitərəf olduqlarını söyləsələr də, böyük çoxluq YAP-ın dəstəkçisi olduqlarını, partiyanın Sədri, Prezident İlham Əliyevin siyasətini bəyəndiklərini və dəstəklədiklərini diqqətə çatdırıblar.
Flaşmob aksiyası ilə bağlı fikirlərini bildirən rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva söyləyib ki, gənclər bu tipli tədbirləri davam etdirmək niyyətindədir: "Gənclərimiz bu gün cəmiyyətimizin aparıcı qüvvəsidir. Dövlətçiliyin əsaslarını, partiyamızın Nizamnaməsindən və proqramından irəli gələn vəzifələrin və YAP-ın Sədri, Prezident İlham Əliyevin siyasətini təbliğ etmək işinin mühüm hissəsi də gənclərin üzərinə düşür".
Təşkilatın gəncləri aksiyanın sonunda düzülərək "YAP" sözünü yazıblar. Bu isə ətrafda böyük diqqət cəlb edib və alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB