GUAM sammiti Bakıda keçiriləcək

"Bu ilin sonunda GUAM-ın dövlət başçılarının sammitinin keçirilməsi nəzərdə tutulur". SİA-nın verdiyi xəbərə görə, bunu Gürcüstan səfiri Teimuraz Şaraşenidze deyib.

O bildirib ki, sammitin dekabr ayında Bakıda təşkil olunması planlaşdırılır. Tədbirdə Gürcüstan prezidenti Mixail Saakaşvili və ya yeni hakimiyyətin təmsilçisi iştirak edəcək.

Səfirin sözlərinə görə, sərhədlərin delimitasiyası prosesi davam edəcək: "Artıq delimitasiyanın 23 hissəsi başa çatıb. Yeni hakimiyyət formalaşdıqdan sonra komissiyanın tərkibində dəyişiklik ediləcək və danışıqlar prosesi davam etdiriləcək. Ümid edirəm ki, bu proses qısa zamanda başa çatdırılacaq".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə