"Biz Bəşər Əsədə böyük ümüd bəsləyirdik. Ümid edirdik ki, o, atası kimi olmayacaq, lakin yanıldıq. Bəşər Əsəd eynilə öz atası kimi xalqı qırmağa başladı". SİA-nın məlumatına görə, bunu bugün jurnalistlərə müsahibəsində Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, AŞPA-nın sabiq prezidenti Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyədə 10 minlərlə Suriya qaçqını var:
"Suriya Türkiyəyə bomba atıb və bizim 5 vətəndaşımız həlak olub. Bizdə öz növbəmizdə bunun cavabını verməliydik. Biz Suriyaya hər hansı müdaxilənin beynəlxalq hüquq çərçivəsində və qanuni olmasını istəyirik. Bununla bağlı biz parlamentdə sənəd qəbul etdik. İstəyimiz odur ki, Bəşər Əsəd qırğınları dayandırsın və demokratik seçkilərə doğru addım atsın. Suriya ilə başqa problemimiz yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB