"Avropa Birliyinə daxil olan ölkələrin bəzi mətbuat orqanları dini və mədəni fərqliliyi təlqin edən materiallara yer verməklə Avropada tolerantlıq ənənəsinə zərbə vururlar. Avropa artıq dözümlülük nümunəsini itirməkdədir". SİA-nın xəbərinə görə, bunu Yunanıstan parlamentinin üzvü, sabiq xarici işlər naziri və ATƏT-in keçmiş sədri Dora Bakoyanni II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Müasir KİV-lər və yeni çağırışlar" mövzusunda paneldə çıxışında səsləndirib.
O bildirib ki, mətbuat heç bir zaman siyasət və siyasətçilərin yürütdüyü xətti dəstəkləməməlidir: "Siyasətin ortaya atdığı məsələləri şişirtməməlidir".
Onun sözlərinə görə, media müstəqildir və bundan sonra da müstəqilliyini qoruyub saxlayacaq: "Lakin mətbuat unutmamalıdır ki, siyasi məqsədlərdən çıxış etmək cəmiyyətdə gərginlik yaradır. Bir sözlə media siyasətin manipulyasiya hərəkətlərinə icazə verməməlidir. Avropa mətbuatında İslam cəmiyyətinə, yəni müsəlmanlara münasibət təəssüf yaradır. Hesab edirəm ki, prosesin bu şəkildə davam etməsi neqativ hallara səbəb olacaq. Necə ki, biz bunun ilk təzahürlərini görürük".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB