“Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll olunsa da, yenidən alovlanacaq”
"Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll olunsa da, sonralar yenidən alovlanacaq". SİA-nın məlumatına görə, bu fikirləri Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi uzun müddətdir gündəmdədir: "Hakimiyyətdə olduğum müddətdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə bu barədə müzakirələr aparmışam. Çalışırdım ki, problemin həll olunmasında ortaq məxrəcə gəlinsin. Bu münaqişə yalnız sülh danışıq yolu ilə həll olunmalı, dəyirmi masada müzakirə olunmalıdır. Silah və zorakılıqla bunu həll etmək olmaz".
"Bu münaqişəni silah yolu ilə həll etməyə cəhd etsələr, o zaman müəyyən vaxtdan sonra yenə alovlanacaq. Ümid edirəm ki, bu münaqişə tezliklə həll olunacaq. ATƏT-in Minsk qrupunun çərçivəsində danışıqlar davam etməlidir. Eyni zamanda da başqa ölkələrin təcrübələrindən istifadə etmək olar", -deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB