Bakıda keçirilən Beynəlxalq Humanitar Forum bu gün öz işini müxtəlif mövzularda keçirilən dəyirmi masalarla davam etdirir. SİA-nın verdiyi xəbərə görə, "Müasir KİV-lər və yeni çağırışlar" mövzusunda dəyirmi masanı giriş sözü ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanov açıb.
O bildirib ki, kütləvi sosial media təcrübəsində sıxışdırılan ənənəvi media, əhalinin geniş kütlələrinə cilalanmış informasiya ixracı sahəsində çatdırılmasında inhisarçılığını itirməkdədir. Cəmiyyət artıq informasiyanın passiv istehlakçısı deyil və texnoloji innovasiyalar əslində özü informasiya istehsalçısına və onun sosial şəbəkələr vasitəsilə yayıcısına çevirilir.
Onun sözlərinə görə, bu gün keçirilən dəyirmi masada qloballaşma dövründə ümumiyyətlə medianın inkişafı əldə olunan nailiyyətlər və qarşıda duran məsələlər barədə müzakirələr aparılacaq.
Tədbirin sonunda İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycanda bu forumun keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, dəyirmi masa çərçivəsində "Qloballaşma dövründə dünya siyasəti və sosial şəbəkələr" adlı panel təşkil olunacaq.
Onun sözlərinə görə, bu paneldə sosial şəbəkələrin müasir cəmiyyətin transformasiyasında rolu və onun dünya miqyasında siyasi proseslərə təsiri məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, hazırda tədbir davam edir.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB