Azərbaycan şərq üçün qərb, qərb üçün şərqdir! MÜSAHİBƏ

YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızının “Səs”TV-yə müsahibəsi:
Azərbaycan şərq üçün qərb, qərb üçün şərqdir! MÜSAHİBƏ

- 3 oktyabr 1993-cü il Ulu öndər Heydər Əliyevin prezident seçildiyi gündür. Bu günün tarixi, əhəmiyyəti barədə nələri demək olar?

- Bu gün Azərbaycan xalqının həyatında, dövlətçilik tariximizdə qızıl hərflərlə yazılan gündür. 1993-cü il iyun hadisələrindən sonra, Azərbaycan xalqı üzünü Naxçıvana tutdu və yeganə xilaskar insan, dahi şəxsiyyət, Heydər Əliyevi böyük bir təkid və tələblə ölkəyə gətirdi. O zaman Heydər Əliyevin heç bir vəzifə tutmaq istəyi yox idi. Amma Azərbaycan elə bir durumda idi ki, Heydər Əliyev Azərbaycan xalqının vəziyyətindən, dövlətimizin parçalanmaq təhlükəsindən, eləcə də xalqın o israrlı tələb və təkidindən sonra buna laqeyd qala bilməzdi. Ulu Öndər Heydər Əliyev xalqın bu tələbini, xahişini həyata keçirdi və layiqli cavabı verdi: "Ömrümün qalan hissəsini xalqıma və müasir dövlətimizin qurulmasına, müstəqilliyimizin güclənməsinə, dilimizin əbədiliyinə həsr edəcəm".

1993-cü ildə Ulu öndər iyun hadisələrində artıq Bakıya gəlmişdi. Lakin oktyabrın 3-də Ümumxalq səsverməsi ilə prezident seçildi. Məhz bu Azərbaycan xalqının, dövlətinin taleyində, müstəqilliyimizin təminatında bir dönüş nöqtəsi oldu. Beləcə, 3 oktyabr Azərbaycan xalqının dövlətimizin, müstəqilliyimizin gələcək taleyini həll etdi. Qısa müddətdə də, 1993-cü ilin 3 oktyabrında Ümumxalq səsverməsinin nəticəsində ikinci dəfə müstəqil dövlətimizin rəhbəri kimi seçildi və bir il ərzində onun apardığı uğurlu fəaliyyət nəticəsində Azərbaycanda dünyanı heyrətə salan bir layihə "Əsrin müqavilə"si imzalandı. Bundan öncə isə may ayında "Atəşkəs" imzalandı. Çünki həmin dövrdə Azərbaycanda bütün sahələr tənəzzülə uğramışdı. O vaxt dövləti idarə edənlər özləri böhran içində idi. Dövlətimizin başında duranlar dövlətimizi qoyub qaçmışdı. Digər tərəfdən də mənfur qonşularımız Ermənistan işğalçı dövlətinin həyata keçirdiyi, onları dəstəkləyən qüvvələrin vasitəsi ilə hərbi əməliyyatlar idi ki, artıq bir milyona qədər qaçqın və məcburi köçkünümüz var idi. Torpaqlarımız işğal olunurdu. Məhz bütün bu ağır dövrə baxmayaraq Ulu öndərimiz qısa müddət ərzində bütün Beynəlxalq təşkilatlarda danışıqlar apararaq atəşkəs rejimi imzaladı. Həmin ildə də dünyanı heyran qoyan əsrin ən böyük müqaviləsi olan "Neft müqaviləsi" imzalandı. Bu məhz 3 oktyabr uğurunun təməli idi. 3 oktyabr istinad nöqtəsi idi. Bu gün də onun qurduğu dövlət yüksək sürətlə inkişaf edir, bütün sahələrdə böyük nailiyyətlər əldə olunub. Bu bizim Ulu öndərimizin xidmətləri idi.

- O dövrdə ölkədəki ictimai-siyasi vəziyyət necə idi? Ulu öndər Heydər Əliyev məcrasından çıxmaqda olan proseslərin qarşısının alınması üçün hansı mühüm əhəmiyyətli tədbirlər həyata keçirdi, islahatlar apardı?

- Həqiqətən qısa müddət ərzində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Bu gün həmin ideologiya möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə, daha yeni çalarlarla, qloballaşan dünyanın standartlarına uyğun olaraq həyata keçirilir. Onun nəticəsidir ki, Azərbaycan məhz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Məhz prezidentimizin apardığı balanslaşdırılmış siyasətin nəticəsində bütün müstəvilərdə istər Asiyada, Afrikda, istərsə də Avropada bizə səs verdilər.

O zaman elə bir dövr idi ki, təkcə biz yox beynəlxalq səviyyəli ekspertlər deyirdi ki, Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün uzun zaman lazımdır. Amma Ulu öndərin müdrikliyi, geniş dünyagörüşü və zəngin təcrübəyə sahib olması nəticəsində ölkə bütün istiqamətlərdə xaosdan azad oldu.

- Həmin dövrdə deyilirdi ki, ölkədə yaranan xaos və anarxiyanı, dağılmış iqtisadiyyatı bərpa etmək üçün uzun müddət vaxt lazımdır. Amma Ulu öndər nəzərdə tutulan bu istəyi qısa bir zaman ərzində həyata keçirdi. Bununla bağlı nə deyə bilərsiniz?

- Həmin dövrdə Ulu öndərin genişmiqyaslı fəaliyyəti göz önündə idi. Azərbaycan geosiyasi cəhətdən çox maraqlı, coğrafiyası mürəkkəb ölkədir. Bu mürəkkəblikdən həm yaxşı, həm də pis mənada yararlanmaq istəyənlər çox idi. 1993-cü ilə qədər bütün qonşularımızla düşmənçilik mövqeyində idik. Çünki Azərbaycan tarix boyu dünyanın güc mərkəzlərinin maraqlarının toqquşduğu məkan olub. Azərbaycan şərq üçün qərb, qərb üçün şərqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə