"Artıq Milli Televiziya və Radio Şurası ölkənin teleradio məkanında və cəmiyyətdə öz missiyasını yerinə yetirib" SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib.
Onun sözlərinə görə, ötən 10 il ərzində Şura öz işini ləyaqətlə görə bilib: "Onun işi cəmiyyət tərəfindən qəbul olunub və qiymətləndirilib. Şuraya, eyni zamanda Prezident Administrasiyasına daxil olan müraciətlər də bunu təsdiqləyir".
Ə. Mehdiyev həmçinin bildirib ki, MTRŞ-nın milli efir məkanında qorunması sahəsində rolunu qeyd etmək lazımdır.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB