Bu yaxınlarda aşağı seçki komissiyalarının maarifləndirilməsi işlərinə başlanılacaq. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov söyləyib. Sədrin sözlərinə görə, MSK maarifləndirmə tədbirləri zamanı MSK əməkdaşları yerlərdə öz təkliflərini, tövsiyyələrini verəcəklər: "Bu tədbirlər nəticəsində dairə seçki komissiyalarının peşəkarlığı ilə bağlı yüksək nəticələrə nail olunub. Beynəlxalq təşkilatlar da artıq aşağı dairə seçki komissiyalarının fəaliyyətinin peşəkar qurulmasını bildiriblər. Artıq dairə seçki komissiyalarının fəaliyyətini özündə əks etdirən forma hazırlanıb və onların paylanılmasına başlanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB