Ciddi qanun pozuntusu olmayıb

Rusiyada Dövlət Dumasına seçkilərdə ciddi qanun pozuntusu olmayıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, buna baxmayaraq seçkilər zamanı narazılığı qalan müşahidəçilərə rast gəlinib: "Rusiyada seçkilərin demokratik keçirilməsi üçün bütün addımlar atılmışdı. Rusiya MSK-sı vətəndaşların Konstitusiya hüquqlarının qorunması üçün bütün şəraiti yaratmışdı. Seçkiləri kifayət qədər müşahidəçi izləyib".

MSK sədri onu da sözlərinə əlavə edib ki, Rusiya Dövlət Dumasına seçkilər dekabrın 4-də keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə