Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrlik etdiyi iclasda 34 saylı Xətai ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətə baxılıb.
MSK katibi Arifə Muxtarova müraciəti elan edib və qanunvericliyin bununla bağlı müvafiq maddələrini xatırladıb: "Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin birinci hissəsininə əsasən adı çəkilən deputatın müraciti əsasında mandatı ləğv oluna bilər".
Daha sonra məsələ səsə qoyulub və Gülər Əhmədovnın mandatı ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB