Sabah "XXI əsr: Ümidlər və təhdidlər" mövzusunda beynəlxalq humanitar forum keçiriləcək. SİA-nın məlumatına görə, forum çərçivəsində aşağıdakı istiqamətlər üzrə dəyirmi masalar təşkil olunacaq: "İqtisadi inkişaf modellərinin humanitar aspektləri", "Müasir KİV və təhdidlər", "XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar", "Multikulturalizm və mədəni özünüdərk", "Cəmiyyət həyatında multikulturalizm". Dəyirmi masalarda müxtəlif ölkələrdən gələn tanınmış elm və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatı laureatları iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB