Azərbaycan müxalifəti Gülər Əhmədova barəsində yayılan videomateriallardan, yəni kiçik milçəkdən böyük bir fil düzəltməyə çalışır. Bunu SİA-ya politoloq, siyasi şərhçi Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, bu ermənilərin növbəti metodudur: "Gülər Əhmədovanı mən də yaxşı tanıyıram və baş prokurorluq bildirib ki, bu məsələ birbaşa prezidentin nəzarəti altındadır. Gülər Əhmədova hamı kimi səhv buraxa bilər və buraxdığı səhvin cəzasını da lazımi səviyyədə alacaq. Müxalifət bir-iki cangüdənlə özünü böyük adam sayır. Onlar bu prosesləri öz xeyirlərinə siyasiləşdirərək Gülər Əhmədova kartından istifadə etməyə çalışırlar. O, Millət vəkili seçiləndən sonra hər hansı bir cinayət edibsə, bu artıq onun öz günahıdır. Burada iqtidarın heç bir günahı yoxdur. Hesab edirəm ki, bu məsələ qanun çərçivəsində düzgün araşdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB