“ATƏT-in Minsk Qrupunun fəaliyyəti dayandırılsın"

"ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Milli Məclis qərar qəbul etməlidir". SİA-nın xəbərinə görə, bu fikiri Milli Məclisin payız sessiyasının ilk iclasında Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu ikili standartlardan çıxış edib: "Həmin təşkilatlar tarix boyu ermənilərin azərbaycanlılara qarşı cinayətlərinə göz yumub, Azərbaycan zabitinin kifayət qədər cəza çəkdikdən sonra azadlığa buraxılmasını şişirdirlər. Onsuzda ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində qeyri-obyektiv prizmadan çıxış edib".

F.Ağamalı təssüflə qeyd edib ki, ATƏT və bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi hələ tanımayıb: "Ötən 20 ildə ATƏT-in Minsk qrupu münaqişənin həll olunması ilə bağlı heç bir irəliləyişə nail olmayıb. Ona görə də təklif edirəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilsin"

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə