Gürcüstanda bu gün səhərdən başlayan parlament seçkiləri davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir qədər öncə Gürcüstan prezidenti Mixail Saakaşvili, həyat yoldaşı və kiçik oğlu ilə seçki məntəqəsinə gəlib.

Öz rəhbərlik etdiyi siyasi bloka səs verdiyini bəyan edən Gürcüstan prezidenti, seçkilərin rahat, dinc və təhlükəsiz şəraitdə keçirilməsi üçün hakimiyyət orqanlarının əllərindən gələni etdiklərini deyib: "Seçkilər rahat və dinc şəraitdə keçəcək. Ümid edirəm ki, gürcü xalqı düzgün seçim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə