Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev sentyabrın 26-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Moninqstarı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə ABŞ və Azərbaycan arasındakı strateji əməkdaşlıq əlaqələrinin verdiyi yüksək nəticələr, eyni zamanda hərbi sahədə əldə edilən nailiyyətlər barədə geniş fikir mübadiləsi aparılıb.
Regionda mövcud hərbi-siyasi vəziyyətə və Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə toxunan nazir münaqişənin sülh yolu ilə həlli məsələsində Minsk Qrupuna daxil olan ölkələrin fəaliyyətlərini gücləndirmələrinin zəruriliyini qeyd edib.
Nazirin sözlərinə görə, işğal faktı aradan qaldırılmayacağı təqdirdə bütövlükdə Cənubi Qafqazda vəziyyətin daha təhlükəli xarakter alacağı qaçılmaz olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB