Azərbaycan-Türkiyə birgə hərbi birləşmənin yaradılması təklif olunur. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc "Trend"ə bildirib ki, bu barədə təklif komitənin bu gün keçirilən iclasında səsləndirilib. Onun sözlərinə görə, bölük, alay və ya digər formada vahid komandanlıq altında yaradılacaq bu hərbi birləşmə birgə döyüş təlimləri keçirə bilər.
Deputatın təklifi Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri tərəfindən dəstəklənib.
"Komitə üzvləri yeni hərbi birləşmənin yaradılması üçün ayrıca qanunun qəbul edilməsinə ehtiyac olmadığını və bu məsələnin "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilənin təsdiq edilməsi barədə 19 yanvar 2011 ildə qəbul olunmuş Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənə biləcəyini bildiriblər", - deyə millət vəkili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB