Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahunun İranla bağlı münasibətlərinə sərt reaksiya verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Amerikanın "60 dəqiqə" adlı tədqiqat xarakterli proqramında çıxış edən Obama bildirib ki, İsrailin İranla bağlı mövqeyi başa düşüləndir, lakin baş nazir Benyamin Netanyahunun inadkarlıqla bu ölkə üçün qırmızı xətt siqnalı tələb etməsi hay-küydən başqa bir şey deyil.
"Mən İsrailin baş naziri Benyamin Netanyahunun İranla bağlı narahatlığını başa düşürəm. İranının nüvə silahı əldə etməsi İsrail üçün, həmçinin, Birləşmiş Ştatlar və, ümumilikdə, beynəlxalq ictimaiyyət üçün təhlükə ola bilər. Nəticədə isə nüvə müharibəsi başlaya bilər. Lakin beynəlxalq təhlükəsizlik məsələsində mən yalnız öz ölkəm üçün doğru olan addımları atacağam. Başqalarının hay-küyünə isə məhəl qoyan deyiləm" - deyə Obama bildirib.
Obama, eyni zamanda, Oktyabr ayında keçiriləcək prezident seçkilərində əsas siyasi rəqibi olacaq Mit Romninin də onunla bağlı işlətmiş olduğu bəzi ifadələrə cavab verib. Obama qeyd edib ki, Romninin bu cür ifadələr işlətməsi onun yeni müharibə niyyətləri ilə bağlıdır. "İraqda müharibəni qazanacağımı demişdim və buna nail oldum. Əl-Qaidəni və onun lideri Usama Bin Ladenin arxasınca düşəcəyimi dedim və o da getdi. Yəni hədəflərimə nail oldum. Bütün bu olanlardan sonra həqiqətən də, müharibə istəyirsə, bunu açıq-aşkar bəyan etsin" - deyə ABŞ prezidenti əlavə edib.
Qeyd edək ki, seçkilərdən əvvəl aparılan araşdırmalara görə Barak Obama 5 səslə Mit Romnidən öndədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB