Roland Kobia: "Viza rejiminin sadələşdirilməsinə dair danışıqlar aparılır"

Roland Kobia: "Viza rejiminin sadələşdirilməsinə dair danışıqlar aparılır"

"Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar aparılır". SİA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia verib. O bildirib ki, artıq bir neçə mərhələ arxada qalıb, danışıqların növbəti raundu isə yaxın həftələr ərzində planlaşdırılır: "Ümumilikdə proses yaxşı inkişaf edir, tərəqqi müşahidə olunur".

Onun sözlərinə görə, son vaxtlar Avropa Birliyinin rəsmiləri Azərbaycana bir sıra mühüm səfərlər ediblər. Səfir həmçinin onu da qeyd edib ki, AB nümayəndələri noyabrda Bakıda keçiriləcək "İGF 2012" internet idarəetməsi forumuna qatılacaqlar.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə