Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristovanın etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir Maya Xristova etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.
Fövqəladə və səlahiyyətli səfir xanım Maya Xristova Bolqarıstan Respublikasının prezidenti Rosen Plevnelievin və baş nazir Boyko Borisovun salamlarını dövlət başçısına çatdırıb. O, ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu deyib. Xanım Maya Xristova Bolqarıstan prezidenti adından Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin enerji, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Dövlət başçısı prezident Rosen Plevnelievin və Baş nazir Boyko Borisovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Bolqarıstanın prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB