Azərbaycanın əksər siyasi partiyalarının Ramil Səfərovla bağlı Avropa parlamentinə birgə ortaq mövqe nümayiş etdirərək, birgə bəyanat imzalaması çox doğru bir addımdır. Bunu SİA-ya "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, bu toplantının keçirilməsi elə dünyanın özünə bir mesaj idi: "Bu toplantıda Azərbaycanın fərqli siyasi təşkilatları milli, ümummilli məsələlərdə vahid və ortaq mövqedən çıxış edərək öz sözlərini dedilər. O, siyasi təşkilatlar ki, (Ümid Partiyası) bu məsələdə fərqli mövqe nümayiş etdirməyə çalışırlar, həmin o siyasi qüvvələrin, təşkilatların Azərbaycanın siyasi həyatına təsir etmək imkanları yoxdur. Bu, sadəcə populizm xatirinə atılan bir addımdır və bu, digərlərindən fərqlənməyə hesablanıb. Hesab edirəm ki, YAP-ın mərkəzi aparatında keçirilən müzakirələrdə iştirak etməyən siyasi partiyalar bundan öncəki manevrlərindəki yanlışlıqlarına yol verdikləri kimi burada da bunu təkrarlamağa çalışıblar".
Baş redaktor həmçinin Ümid Partiyasının rəhbərinin verdiyi açıqlamaya diqqəti çəkib. "Guya ki, Ermənistanla Türkiyə sərhədləri açılmalıdır. Artıq bu insanın mövqeyi açıq-aşkar ortalıqdadır. Və hansı diplomatik nümayəndəliklərin sifarişi ilə hərəkət etdiyi də məlum məsələdir", - deyə E.Mirzəbəyli əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB