İran prezidenti Mahmud Əhmədinejad ABŞ-da səfərdədir. SİA-nın məlumatına görə, BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərinə gedən prezident səfər çərçivəsində ABŞ-ın bir neçə universitetində çıxış edəcək, media nümayəndələrinin suallarını cavablandıracaq, BMT baş katibi Pan Gi Mun və bir sıra ölkələrin rəsmiləri ilə görüşəcək. Görüşlər zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılıb.
Qeyd edək ki, İran prezidenti indiyədək 7 dəfə BMT Baş Assambleyasının yığıncağında iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB