Kolumbiyanın nümayəndə heyəti Azərbaycana gəlir

Kolumbiyanın nümayəndə heyəti Azərbaycana gəlir

Kolumbiya xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-də Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalsitlərə açıqlamasında Azərbaycanın Meksika və Kolumbiyadakı səfiri İlqar Muxtarov deyib.

Səfir bildirib ki, onlar oktyabrın 1-də Bakıda keçiriləcək Azərbaycan və Kolumbiya xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrdə iştirak edəcək. Bu məqsədlə heyətə kolumbiyalı iş adamları da daxildir. Siyasi məsləhətləşmələr Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Latın Amerikası ölkələrinə turnesi çərçivəsində əldə olunmuş razılığa əsasən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə