Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovski hər zaman çıxışları ilə öz əxlaqını və tərbiyyəsini göstərir. SİA-nın xəbərinə görə, bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, V.Jirinovski tək azərbaycanlılara deyil, bütün türk dünyasına düşmən kəsilib. B.Səfərovun sözlərinə görə, Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanla bağli həmişə təhlükə yaratmaları onsuz da məlumdur: "Onsuz da biz bilirik ki,Ermənilər təkcə azərbaycanlılara qarşı deyil, bütün dünya xalqlarına qarşı terror törətməkdə məşhurdurlar. Onlar bu işi bu gün də davam etdirirlər Onlar bu gün də bu işi davam etdirirlər. hər azərbaycanlı belə halların baş verməməsi üçün çox diqqətli olmalıdır: "Əsasən də kütləvi yerlərdə, vağzallarda, aeroportda, ali və orta məktəblərdə bu diqqət daha çox olmalıdır".
Gələcək işlər barədə də danışan B.Səfərov qeyd edib ki, Dağlıq Qarabağın Azəbaycanlı İcmasının nümayəndələrinin ABŞ-a səfəri nəzərdə tutulur. Onun sözlərinə görə, hələ səfərin tarixi müəyyənləşməyib. İcma nümayəndələri ABŞ-dan başqa, Avropanın bir neçə ölkəsinə də səfər etməyi planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB