Dünən İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda bir sıra istefalar elan edilib. SİA-nın məlumatına görə, günorta saatlarında başlayıb axşama qədər davam edən iclasda Koordinasiya Şurasının 17 üzvündən 11 üzvü iştirak edib. İclasda Palataya daxil olan təşkilatların YAP-ın qərargahında keçirilən toplantıya qatılması və Avropa Parlamentinə müraciətə imza atması məsələsi ilə bağlı ciddi mübahisə yaranıb.
Mübahisələrin sonunda Pənah Hüseyn, politoloq Zəfər Quliyev və Köçəri Nağıbəyli Koordinasiya Şurası üzvlüyündən istefa veriblər.
İstefa verənlər arasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun da adı çəkilib. Məsələ ilə bağlı R.Arifoğlunun özü ilə əlaqə saxladıq. O, bizə bildirdi ki, hələlik Koordinasiya Şurası üzvlüyündən istefa verməyib: "Mən hələ ki, İctimai Palatadayam. Mənim İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyündən istefa verməyim barədə yayılan xəbər həqiqəti əks etdirmir".
Pənah Hüseyn, Zəfər Quliyev və Köçəri Nağıbəyli ilə isə əlaqə saxlamaq istəsək də telefonlara cavab verən olmadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB