"Dağlıq Qarabağ məsələsilə bağlı ciddi dəyişikliklər var. Əgər Dağlıq Qarabağ problemi həll edilsəydi Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası bu qədər böyük bir rezonansa səbəb olmazdı. Bununla belə Dağlıq Qarabağ münaqişəsi həll edilsəydi xarici investorlar Ermənistandan qaçmazdı". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransı zamanı deyib.
Politoloq bildirib ki, biz hər zaman Dağlıq Qarabağ problemini Ermənistanın əleyhinə yönəlmiş bir faktor kimi qəbul etmişik: "ABŞ və Rusiya Ramil Səfərovla bağlı Azərbaycana göstərdiyi siyasi təzyiqlərin tez bir zamanda səhf olduğunu anlayıblar".
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB