"Avropa Parlamentinin Ramil Səfərovla bağlı çıxardığı qətnamə, yersiz və cəfəngiyyatdır". SİA-nın verdiyi xəbərə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında politoloq, siyasi şərhçi Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, ermənilər Ramil Səfərov Macarıstanda həbsdə olduğu zamanlarda belə həm məhkəmənin, həm də istintaqın gedişinə dəfələrlə müdaxilə ediblər: "Məhs 2004-2006-cı illərdə ermənilərin müəyyən hərəkətləri nəticəsində məhkəmə prosessi obyektiv keçirilmədi. Hesab edirəm ki, ermənilərin Azərbaycana qarşı apardığı təxribatçı siyasətə, türkdilli ölkələrə savaş siyasətinə qarşı komissiya yaradılmalıdır. Əgər erməni milləti Osmanlı İmperiyasınını daxilində olmasaydı, osmanlılar Avropanın işğal edilməsini bu qədər asan başa çatdırmazdılar".
M.Əhmədoğlu həmçinin qeyd edib ki, tək Fransanın özündə belə 500 minə yaxın erməni var.
O, həmçinin İran məsləsinə də toxunaraq bildirib ki, nə qədər ki, İran dövləti mövcuddur islam dünyasının işi öz qaydasında getməcək.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB