Əli Həsənov: "Müxalifətlə dialoqların davamı olacaq"

"Prezident seçkiləri ərəfəsində dialoqlar artırılacaq”
Əli Həsənov: "Müxalifətlə dialoqların davamı olacaq"

"Azərbaycan hökumətinin müxalifətlə dialoqlarının davamı olacaq". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, prezident seçkiləri ərəfəsində dialoqlar artırılacaq: "Həm siyasi partiyalar, həm mətbuat, həm də qeyri-hökumət təşkilatlarının xüsusi fəallığı müşahidə ediləcək. Azərbaycan hakimiyyəti cəmiyyətin ayrılmaz hissəsi olan bu qurumlarla işi gücləndirəcək".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə